Şənbə , Sentyabr 26 2020
Ana səhifə / İdman / Maksim Medvedevin açıqlaması tənqid edildi — VİDEO

Maksim Medvedevin açıqlaması tənqid edildi — VİDEO

Milli komandamızın kapitanı Maksim Medvedevin “CBC Sport” kanalına verdiyi açıqlama böyük səs-küyə səbəb olub.


Millətlər Liqasında Lüksemburqla oyunundakı məğlubiyyətdən sonra “CBC Sport” telekanalına danışan futbolçumuz operatora gülərək “Yaxşı alındı?” deyə soruşub. 


Futbolçunun Lüksemburq məğlubiyyətindən sonra belə rahat hərəkətləri, zarafatı izləyiciləri və “CBC Sport” şərhçilərini qıcıqlandırıb. 


Aparıcı Şəmsəddin Abbasov Maksimin amıqlamasına sərt reaksiya verib və cavab olaraq “Çox pis alındı!” deyib. 


Həmin kadrları təqdim edirik: 

Baku.ws

Həmçinin oxuyun

Karpin: “Rusiya çempionatının səviyyəsi Azərbaycandakından zəif deyil”

“Kimsə rəqibdən daha güclü olduğumuzu düşünürdüsə, yanılır. Bu komanda bizdən zəif deyil. Reytinqləri unudun”. “Report”un …