Cümə axşamı , İyun 17 2021
Ana səhifə / İdman / Maks Ferstappen: “Bakıda daha rəqabətli yarışın şahidi olacağıq”

Maks Ferstappen: “Bakıda daha rəqabətli yarışın şahidi olacağıq”

“İndi çox çalışmalıyıq. Çünki müntəzəm yollarda “Mercedes” məğlub edə biləcəyimiz rəqibdir. Bu, komandamız üçün əlavə stimul olmalıdır”.

“Report”un məlumatına görə, bu fikirləri Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula 1” üzrə Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

Niderlandlı pilot bildirib ki, izləyiciləri Bakıda daha rəqabətli yarış gözləyir: “Burada sürətli olmağın özünəinamlə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə fərqli küçə trasıdır. Onu Monako Qran-prisi ilə müqayisə etmək olmaz. Bakıda daha rəqabətli yarışın şahidi olacağıq”.

Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 – 6 iyunda keçiriləcək.

Həmçinin oxuyun

“Camaat vaksini vurdurmağa qorxur“ – Kamil Zeynallı

Ölkəmizdə mərhələli şəkildə yumşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar, iaşə obyektləri açıldı. Əlbəttə, açılmayan məkanlar …