Ana səhifə / İdman / Makqreqor Sirounini 40 saniyəyə məğlub etdi – VİDEO

Makqreqor Sirounini 40 saniyəyə məğlub etdi – VİDEO

İrlandiyalı döyüşçü Konor Makqreqor və ikiqat UFC çempionu, amerikalı “Kovboy” ləqəbli Donald Sirouni arasında maraqla gözlənilən döyüş baş tutub.

Titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçirilib.

Konor Makqreqorun inamlı və ardıcıl zərbələrindən sonra hakim 40-cı saniyədə döyüşü dayandırıb.

Xatırladaq ki, Konor Makqreqor yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bu görüşə qədər 25 döyüş keçirmiş, onun 21-də qələbə qazanmışdı. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşmüş və uduzmuşdu.

Donald Sirouni isə qaydasız döyüşün əsl veteranı hesab olunur. Son illər beş döyüşdə iştirak edən Donald onların üçündən qalib ayrılmış, ikisində isə uduzmuşdu. O, karyerası boyu 50 dəfə vuruşub, 36 qələbə qazanıb, 13 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib. Virtualaz.org

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …