Bazar , Yanvar 16 2022
Ana səhifə / İdman / Mahir Emreliyə 2 milyon avroluq təklif

Mahir Emreliyə 2 milyon avroluq təklif

“Visla” ilə oyundan sonra polşalı azarkeşlərin hücumuna məruz qalan Azərbaycan millisinin üzvü Mahir Emreli “Legiya”dan ayrılıb Macarıstana üz tuta bilər.
Bu iddia ilə Polşa mətbuatı çıxış edib.
Həkimlərin istirahət verdiyi və bu üzdən son çempionat oyununda iştirak etməyən Emreliyə Macarıstanın “Fehervar” klubunun 2 milyon avro xərcləməyə hazır olduğu bildirilir:
“Azərbaycanlı futbolçunun kifayət qədər həssas insan olduğunu həm baş məşqçi Çeslav Mixneviç, həm də onun dostu Yakub Jezniçak vurğulayıb. Beləliklə, onun mühiti dəyişmək istəməsi mümkündür. Hazırda Macarıstan çempionatında 4-cü yerdə qərarlaşan “Fehervar” klubu Mahir Emrelini almaqda maraqlıdır. Klub rəhbərliyi transfer üçün iki milyon avro xərcləməyə hazırdır”.
Bu arada “Legiya”nın idman direktorunun müavini Pavel Tomçik “Canal+”ə açıqlama verərək Mahirlə Lukinyasın vəziyyətini şərh edib:
“Təbii ki, idmanda bu vəziyyət arzulanan deyil. Futbolçularla danışdıq, klubdan böyük dəstək aldılar. Biz oyunçuları və onların ailələrini dəstəkləməyə daha çox diqqət yetirdik. Müqavilə məsələlərinə gəlincə, biz danışıqlar aparırıq. Hələlik təfərrüatları şərh etmək istəmirəm”.

Həmçinin oxuyun

Aleksandr Səmədov Azərbaycan millisini seçməməsinin səbəbini açıqlayıb

“Azərbaycana böyük hörmətlə yanaşıram, çünki köküm oradandır, atam bu ölkədə anadan olub”. Bunu Rusiya milli …