Şənbə , İyun 10 2023
Ana səhifə / İdman / Mahir Emrelinin komandası qələbəni əldən verib

Mahir Emrelinin komandası qələbəni əldən verib

Türkiyə Super Liqasında XXVIII tura start verilib.

Açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” evdə “Antalyaspor”la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.
Hesabı 24-cü dəqiqədə Məhəmməd Dəmir açıb. Qonaqlar isə 45-ci dəqiqədə Haci Raytın qolun ilə tarazlığı bərpa ediblər.

Oyuna ehtiyatda başlayan Mahir Emreli 66-cı dəqiqədə meydana çıxıb. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə rəqiblə toqquşan 26 yaşlı hücumçu başından yüngül xəsarət alıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 36-ya çatdıran “Konyaspor” 8-ci pillədəki mövqeyini qoruyub. 29 xalı olan “Antalyaspor” isə 11-cidir. Report

Həmçinin oxuyun

“Qarabağ”da daha bir ayrılıq

“Qarabağ”ın akademiya koordinatoru Tacettin Doğan klubdan ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam təmsilçinin …