Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Mahir Emrelinin komanda yoldaşı Avropa nəhənginin hədəfində

Mahir Emrelinin komanda yoldaşı Avropa nəhənginin hədəfində

Xorvatiya millisinin və Zaqreb “Dinamo”sunun qapıçısı Dominik Livakoviç DÇ-2022-də sərgilədiyi parlaq çıxışla bir neçə Avropa nəhənginin diqqət mərkəzinə düşüb.
Fanat.Az tanınmış insayder Nikolo Skiranın sosial şəbəkə hesabları üzərindən yaydığı məlumata istinadən xəbər verir ki, Almaniyanın “Bavariya” klubu Dominiki transfer etməyə ən real namizəddir.
Xəbərə görə, ayağından xəsarət alan Manuel Noyeri mövsümün sonunadək itirdiyi dəqiqləşən Münhen təmsilçisi “dama-damalar”ın “çərçivə” qoruyucusu ilə güclənməyi ən ideal variant sayır. Düzdür, “Monako”da icarədə olan Aleksander Nübelin geri qaytarılması da mümkündür. Lakin Bundesliqa klubunun rəsmiləri ilk olaraq xorvatı heyətə qatmağa çalışacaqlar.
Xatırladaq ki, mundialda adından söz etdirən Livakoviçin formasını geyindiyi “Dinamo”da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …