Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / İdman / Mahir Emreli yığmamızın heyətindən kənarlaşdırıldı

Mahir Emreli yığmamızın heyətindən kənarlaşdırıldı

Yığma komandamızın hücumçusu Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb.

Demokrat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emrelinin millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacağı bildirilib.

Qeyd edək ki, M.Emreli millimizin Lüksemburqa 1:2 hesabı ilə uduzduğu oyunun 26-cı dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Həmçinin oxuyun

“Mançester Yunayted” final fitindən sonra penalti qazanıb

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib. “Report” xəbər verir ki, turun açılış …