Ana səhifə / İdman / Mahir Emreli Xorvatiya çempionatında debüt etdi, komandası qalib gəldi

Mahir Emreli Xorvatiya çempionatında debüt etdi, komandası qalib gəldi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya I liqasında debüt edib.

Belə ki, 25 yaşlı hücumçu doğma meydanda “Şibenik”ə qarşı keçirilən matçda ilk dəfə start heyətində meydana çıxıb. O, 60-cı dəqiqədə Komnen Andriçlə əvəzlənib. Emreli birinci hissədə “Dinamo”da ilk qolunu vurmağa yaxın olsa da, qüvvətli zərbəsindən sonra top qapı tirinə tuş gəlib.

Qeyd edək ki, matç “Dinamo”nun 3:0 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …