Çərşənbə , May 22 2019
Ana səhifə / İdman / Madrid “Real”ının baş məşqçisi Zinedin Zidan istefa verib

Madrid “Real”ının baş məşqçisi Zinedin Zidan istefa verib

Madrid “Real”ının baş məşqçisi Zinedin Zidan istefa verib.

“Reuters” xəbər verir ki, o, bununla bağlı qərarını keçirilən mətbuat konfransında verib.

Zidan Avropa Kubokunda Realın Liverpula qələbəsi ilə üçüncü dəfə ardıcıl olaraq komandaya çempionluq qazandırıb.

Zidan “Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub.

Zidan istefasının səbəbini belə açıqlayıb:

“Mən “Real”da işimi dayandırmaq qərarına gəldim. Bu, gözlənilməzdir, ancaq komandanın qələbə qazanması üçün yeni yanaşma və iş metodikası lazımdır. Buna görə mən belə qərara gəldim. Mən bu kluba və klubun prezidentinə böyük sevgi ilə yanaşıram”.

Həmçinin oxuyun

“ Özümüzdən razı olmaq üçün əsasımız yoxdur” – Yurçeviç

“Optimistəm, oyunlar zamanı stadionun dolu olacağına və azarkeşlərimizin dəstəyi ilə lazımi nəticəni birlikdə qazanacağımıza ümid …