Ana səhifə / İdman / Mətbuat konfransına cəmi 3 jurnalist gəldi – FOTO

Mətbuat konfransına cəmi 3 jurnalist gəldi – FOTO

İngiltərədə “Arsenal”la Avropa Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl “Qarabağ” klubunun təşkil etdiyi mətbuat konfransına yerli jurnalistlər biganə münasibət göstəriblər.

Azinforum. az-ın report-a istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov və futbolçu Maksim Medvedevlə görüşə cəmi 3 media nümayəndəsi qatılıb.

Əməkdaşımızdan əlavə, zalda “BBC Azərbaycanca”nın redaktoru Toğrul Bağırov və özünü “Press Association” nəşrinin əməkdaşı kimi təqdim edən ingiltərəli həmkarımız olub. Halbuki, gündüz saatlarında “Arsenal”ın baş məşqçisi Unay Emerinin mətbuat konfransına xeyli jurnalist qatılıb.

Q.Qurbanov  bununla bağlı suala cavab olaraq bildirib ki, ingiltərəli jurnalistlərin “Qarabağ”ın mətbuat konfransına istəksiz yanaşmalarına inanmır. Onun fikrincə, yerli medianın diqqəti bugünkü Çempionlar Liqası qarşılaşmalarına yönəlib. Baş məşqçi zarafatından da qalmayıb:

“Ola bilsin, Çempionlar Liqasının bugünkü oyunları daha çox maraq doğurub və hazırda stadionlardadırlar. Burada təkcə mətbuat işçiləri yox, başqa simalar da var. Onların da şəklini vermək olar”.

Dekabrın 13-də Londondakı “Emirates” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …