Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Məqsədim Azərbaycanımızı layiqincə təmsil etmək idi” – Emil Balayev

“Məqsədim Azərbaycanımızı layiqincə təmsil etmək idi” – Emil Balayev

İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən ilin futbolçusu seçilən millimizin və “Tobol”un (Qazaxıstan) qapıçısı Emil Balayev bu barədə açıqlama verib.

Futbolçu sosial şəbəkə hesabında mükafatla bağlı təsürratlarını bölüşüb: “2019 mənim üçün xüsusi bir mükafatla başa çatdı. Çox çətin, eyni zamanda uğurlu bir il idi. Yenidən legioner olmaq və mənim üçün tamamilə yeni çempionatda oynamaq, “Tobol”un şərəfini qorumaq fürsəti qazandım. Bütün bu müddət ərzində mənim yeganə məqsədim ölkəmi, Azərbaycanımızı layiqincə təmsil etmək idi.

Milli komanda üçün debüt etməyim və belə bir səviyyəyə yüksəlməyimə imkan verən “Tobol” rəhbərliyinə və xüsusən, bütün məşqçilərə göstərdikləri işlərə görə dərin təşəkkürümü bildirirəm. Çox şadam ki, ümidlərinizi qarşıladım və bu mükafata layiq görüldüm. Bütün bu müddət ərzində mənə dəstək olan və inanan hər kəsə, bütün azarkeşlərə ürəkdən minnətdaram!”.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …