Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Məmmədyarov uduzdu, Rəcəbov heç-heçə etdi

Məmmədyarov uduzdu, Rəcəbov heç-heçə etdi

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess2019” superturniri davam edir.

Yarışın III turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dinq Lirenlə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Vişvanatan Anandla dueldən məğlub ayrılıb.

III turun nəticələri: 

David Navara (Çexiya, 2739) – Maqnus Karlsen (Norveç, 2845) – 0:1 

Sergey Karyakin (Rusiya, 2753) – Veselin Topalov (Bolqarıstan, 2740) – 0,5:0,5 

Teymur Rəcəbov (Azərbaycan, 2756) – Dinq Liren (Çin, 2812) – 0,5:0,5 

Vişvanatan Anand (Hindistan, 2779) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) – 1:0 

Alekandr Qrişuk (Rusiya, 2771) – Aniş Giri (Hollandiya, 2797) – 0,5:0,5 

Turnir cədvəli: Karlsen – 2,5 xal, Dinq, Karyakin – hər ikisi 2, Rəcəbov, Topalov, Anand – 1,5, Məmmədyarov, Navara, Qrişuk, Giri – 1. 

Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq. Azvision.az 

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …