Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Məmmədyarov üçün vacib qarşılaşma

Məmmədyarov üçün vacib qarşılaşma

Almaniyanın paytaxtı Berlindəki şahmat tacına iddiaçılar turnirində bu gün 13-cü turun görüşləri keçiriləcək.

Qol.az-ın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.

Hər iki şahmatçının aktivində 6.5 xal var.

Qeyd edək ki, bu partiyada uduzan şahmatçı qalib olmaq şansını itirəcək.

İddiaçılar turniri

13-cü tur

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) – Aleksandr Qrişuk (2767, Rusiya)

Uesli So (2799, ABŞ) – Sergey Karyakin (2763, Rusiya)

Fabiano Karuana (2784, ABŞ) – Levon Aronyan (2794, Ermənistan)

Liren Dinq (2769, Çin) – Vladimir Kramnik (2800, Rusiya)

Turnir cədvəli: Karuana, Karyakin – 7 xal; Məmmədyarov, Dinq, Qrişuk – 6,5; Kramnik – 5,5; So – 5; Aronyan – 4.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …