Ana səhifə / İdman / Məmmədyarov ABŞ-da 4-cü oldu

Məmmədyarov ABŞ-da 4-cü oldu

ABŞ-da keçirilən beynəlxalq Sinkfild Kuboku turnirinə yekun vurulub.
Sonuncu turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla heç-heçə edib.

Qrossmeyster bu nəticə ilə xallarının sayını 5-ə çatdırıb və turniri 4-cü yerdə başa vurub.

Yekun turda amerikalı Fabiano Karuana, norveçli Maqnus Karlsen və erməni Levon Aronyan 5,5 xal toplayıb. Kubokun yekunu üzrə onlar birinci yeri bölüşüblər.

Qeyd edək ki, Sinkfild Kubokunun qalibi 75 min dollar qazanıb. Turnirin ümumi mükafat fondu isə 300 min dollar idi.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …