Bazar , Yanvar 17 2021
Ana səhifə / İdman / Məşhur hakim azana görə matçı dayandırdı (VİDEO)

Məşhur hakim azana görə matçı dayandırdı (VİDEO)

Keçmiş İngiltərə Premyer Liqasının referisi Mark Klatenburq Səudiyyə Ərəbistanında müsəlmanların qəlbini fəth edib.
Oxu.Az xəbər verir ki, çərşənbə günü Səudiyyə Ərəbistanının “Əl Feyha” və “Əl-Fateh” komandaları arasında gedən matçın əlavə olunmuş dəqiqəsində Klatenburq səslənən azanı eşidərək matçı dayandırıb.
Bundan yararlanaraq bəzi futbolçular namaz qılmaq üçün paltardəyişmə otağına yollanıblar. Azandan sonra referi oyunu davam etdirib. Onun bu hərəkəti sosial şəbəkələrdə müsəlmanlar tərəfindən yaxşı qarşılanıb və Mark Klatenburqa təşəkkür ediblər.

Həmçinin oxuyun

“Milan”ın aparıcı futbolçuları koronavirusa yoluxub

İtaliyanın “Milan” klubunda iki futbolçu koronavirusa yoluxub. Apasport.az xəbər verir ki, bu barədə “rossonyerlər” rəsmi …