Çərşənbə , İyun 26 2019
Ana səhifə / İdman / Məşhur futbolçu həbs olundu

Məşhur futbolçu həbs olundu

Danimarka millisinin və Norveçin “Rusenborq” klubunun futbolçusu Niklas Bendtner həbs olunub.
Təcrübəli futbolçu taksi sürücüsünü vurmaqda təqsirli bilinir.
30 yaşlı hücumçu 50 gün həbs cəzasına məhkum edilib. Bundan başqa Bentdner zərərçəkən şəxsə 1000 funt-sterlinq təzminat ödəyəcək.
Məsələ burasındadır ki, Bentdner senytabr ayında taksi sürücüsünün məvacibini ödəməkdən imtina edib. Sürücü isə həmin an futbolçunu söyüb. Danimarkalı oyunçu isə onun çənəsini sındırıb.
Qeyd edək ki, Niklas Bentdner karyerası ərzində İngiltərənin “Arsenal” və İtaliyanın “Yuventus” klublarının da şərəfini qoruyub.

Həmçinin oxuyun

Azərbaycanlı cüdoçular biabır oldu – II Avropa Oyunları onlar üçün bitdi

Azərbaycanın cüdo üzrə qarışıq komandasının “Minsk 2019” II Avropa Oyunlarında çıxışları başa çatıb.  Unikal.org xəbər verir …