Şənbə , Dekabr 5 2020
Ana səhifə / İdman / Məşhur boksçu “Nyukasl”ı almaq istəyir

Məşhur boksçu “Nyukasl”ı almaq istəyir

Əfsanəvi boksçu Floyd Meyvezer İngiltərədən klub almağa hazırlaşır.

Qol.az xəbər verir ki, 43 yaşlı dünya çempionu Premyer Liqa təmsilçisi “Nyukasl”ın səhmlərini almaq istəyir. Bunu keçmiş boksçu Britanina mətbuatına açıqlamasında özü deyib:

“ABŞ-da bu idman növünə sokker deyirik. “Nyukasl” inanılmaz klubdur. Klubu almağımı istəyirsizsə, mənə xəbər verin”.

Meyvezer bundan əvvəl də “Nyukasl” azarkeşləriylə bir görüş keçirib və klubu satın almaqda maraqlı olduğunu onlara bildirib.

Qeyd edək ki, amerikalı idmançı karyerasını 2017-ci ildə başa vurub. O, peşəkar boksda 50 döyüş keçirib və 27-si nokaut olmaqla hamısında qalib gəlib.

Həmçinin oxuyun

Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək

2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya …