Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / İdman / “Mən heç nə bilmirəm, AFFA bilir” – “Keşlə”nin futbolçusu

“Mən heç nə bilmirəm, AFFA bilir” – “Keşlə”nin futbolçusu

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının 18-ci turunda “Zirə”yə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Çətin oyun idi. 1 həftə ərzində yaxşı məşq etdik. Əlimizdən gələni etdik.

– “Zirə” keçən tur “Qarabağ”a 0:6 hesabı ilə uduzmuşdu. Hiss olunurdu ki, psixoloji olaraq özlərində deyillər?

– Onların hansı formada olduğu bizim üçün maraqlı deyildi. Çünki biz öz oyunumuza diqqət edirik. Əsas odur, qalib gəldik.

– Azərbaycan milli komandasından necə təklif gəldi? Özünüz müraciət etdiniz, yoxsa federasiyadan təklif etdilər?

– Hələ heç nə baş verməyib. Baxacağıq. Mən indi yalnız “Keşlə”də məşq edirəm.

– Azərbaycan pasportu almamısınız?

– Xeyr, hələ heç nə yoxdur. Mən Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.

– Bəs, bu məsələ nə vaxt konkretləşəcək.– Mən bu barədə heç nə bilmirəm. Yalnız AFFA bilir.

– Özünüzün Azərbaycan millisində çıxış etmək üçün istəyiniz varmı?

– Mənimçün şərəf olardı. Çünki uzun müddətdir buradayam. Azərbaycanda özümü yaxşı hiss edirəm.

– Azərbaycan yığması o qədər də güclü deyil. Özünüzü bu millidə təsəvvür edirsinizmi, köməyiniz dəyə bilərmi?

– Əlimdən gələnin ən yaxşısını edərəm. Millinin yeni baş məşqçisi təyin olunsun, o, daha yaxşı biləcək. Oynayıb-oynamayacağıma kim qərar verəcək, bunu deyə bilmərəm. Mən hazırda ancaq məşqlərimi edirəm.
(milli.az)

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …