Şənbə , İyun 25 2022
Ana səhifə / İdman / Mən də daxil olmaqla, heç kim bu qələbəni gözləmirdi…- İlham Əliyev

Mən də daxil olmaqla, heç kim bu qələbəni gözləmirdi…- İlham Əliyev

Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi.

Bu sözləri Prezident İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvləri ilə görüş zamanı deyib.

“Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür – əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa”.

Həmçinin oxuyun

“Qarabağ” 1 milyon dollara futbolçu aldı – VİDEO

“Qarabağ” klubu Braziliyanın “Nautiko” klubunun futbolçusu Rhaldneyi transfer edib. BAKU.WS xəbər verir ki, 24 yaşlı …