Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / İdman / Məmmədyarov və Rəcəbov qələbə qazandı

Məmmədyarov və Rəcəbov qələbə qazandı

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər.

Məmmədyarov yarışın dördüncü günündə çinli Van Haonu qara fiqurlarla məğlub edib

37 yaşlı qrossmeyster 7 xalla 4-cü pillədə qərarlaşıb.

Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla heç-heçəyə razılaşıb. 35 yaşlı şahmatçı ikinci görüşdə rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan qrossmeyster hazırda 8-cı sıradadır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.

Həmçinin oxuyun

Teymur Rəcəbov İddiaçılar Turnirini qələbə ilə başa vurdu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu görüşünü keçirib. Qrossmeyster …