Ana səhifə / İdman / Məmmədyarov son turda Rəcəbovla yarışacaq

Məmmədyarov son turda Rəcəbovla yarışacaq

Bu gün Norveçin Stavanger şəhərində ənənəvi “Norway Chess” şahmat superturnirinin son turunun oyunları keçiriləcək.

Belə ki, turnirin son raundunda, yəni 9-cu turda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcəklər.

Qeyd edək ki, səkkizinci tur Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçün uğurlu alınıb. Belə ki, təmsilçimiz keçmiş dünya çempionu hindistanlı Vişvanatan Ananda qalib gələrək yarışın sonuna bir tur qalmış 14,5 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Şahmatçımız ondan əvvəlki turda isə niderlandlı Aniş Giri üzərində qələbə qazanmışdı.

Komandamızın digər üzvü Teymur Rəcəbov isə, səkkiz turdan sonra doqquzuncu pillədə qərarlaşıb. Yarış cədvəlinə isə 15 xalla meydan sahibi və hazırki dünya çempionu Maqnus Karlsen başçılıq edir.

Həmçinin oxuyun

UEFA Region Kuboku: “Cəbrayıl” bu gün yenidən “Kolos”la qarşılaşacaq

Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” komandası bu gün ilkin seçmə mərhələnin II qrupunda …