Çərşənbə axşamı , Oktyabr 4 2022
Ana səhifə / İdman / Məmmədyarov Martirosyanla üz-üzə

Məmmədyarov Martirosyanla üz-üzə

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

Dünya kubokunun üçüncü mərhələsində şahmatçılarımızın rəqibləri müəyyənləşib. Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyan, Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə mübarizə aparacaqlar.

Qadın şahmatçılarımız – Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paets ilə on altıdabir finalda üz-üzə gələcəklər. Oyunlar bu gün keçiriləcək.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Həmçinin oxuyun

“Azarkeşlər matçdan zövq aldılar” – Qurban Qurbanov

“Maraqlı oyun oldu. Azarkeşlər matçdan zövq aldılar. Nəticə bizim üçün vacib idi”. Bunu “Qarabağ”ın baş …