Çərşənbə , İyun 19 2019
Ana səhifə / İdman / “Lyuk”a düşən bolidlər: Bakıdakı qəza ilk deyil – VİDEO

“Lyuk”a düşən bolidlər: Bakıdakı qəza ilk deyil – VİDEO

Bu gün Bakıda start götürən “Formula 1” yarışlarının birinci sərbəst yürüşündə bolidlərdən biri qəzaya düşüb. Belə ki, “Williams” komandasının üzvü Corc Rasselin idarə etdiyi bolid “lyuk”a ilişərək sıradan çıxıb.Marşallar dərhal bolidi xüsusi avtomobillə trasdan kənarlaşdırıblar. Pilot isə pitleynə qayıdıb. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayaraq bildirib ki, sözügedən hadisənin yaranmasına əsas səbəb “lyuk” altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. 

Dərhal Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin “lyuk”un təhlükəsizlik şəkildə əvəzolunması və trekdə olan bütün digər “lyuk”ların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işlər görülüb. 

Məlum hadisə sosial şəbəkələrdə xoşagəlməz müzakirə predmetinə çevrilib. Bir qrup şəxs bolidin qəzaya düşməsini sanki böyük fəlakət baş vermiş kimi təqdim edərək, məsələnin mahiyyətini tamamilə başqa istiqamətə yönəldib. Hansı ki, “Formula 1” izləyiciləri yaxşı bilirlər ki, yarış traslarında belə hadisələr tez-tez baş verir. Yəni, Bakıdakı hadisə “Formula 1” tarixində ilk deyil. Belə qəzalar dəfələrlə olub və idman ictimaiyyəti tərəfindən normal qarşılanır. Təbii ki, heç bir ölkə bundan sığortalanmayıb.

Bakı trasında qəzaya düşən “Williams” komandasının pilotu Corc Rassel deyib ki, yarışlarda belə situasiyaların baş verməsi normaldır:

“Yarışlarda belə halların olması normaldır. Mənim özümə isə heç nə olmayıb və hazıram”.

Qeyd edək ki, bundan əvvəl, 1990-cı ildə Monreal şəhərində keçirilən Dünya çempionatında , 2004-cü ildə Şanxayda, 2005-ci ildə Çin Qran-Prisində, 2010-cu ildə Monako Qran-Prisində, 2016-cı ildə yenidən Monako Qran-Prisində, 2017-ci ildə Malayziya Qran-Prisində də oxşlar hadisələr qeydə alınıb. 

Həmçinin oxuyun

Qurban Qurbanov: “Bizim üçün tanış olmayan rəqib olacaq”

“Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov …