Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Liverpul” klubu 1001 gündür uduzmur

“Liverpul” klubu 1001 gündür uduzmur

İngiltərə Premyer Liqasının 23-cü turunda evdə “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gələn “Liverpul” klubu məğlubiyyətsizlik seriyasını davam etdirir.

“Report”un Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Yurgen Kloppun rəhbərlik etdiyi komanda artıq 1001 gündür ki, Premyer Liqada uduzmur.

“Mersisaydlılar” sonuncu dəfə 2017-ci ilin 23 aprelində evdə “Kristal Palas”a 1:2 hesabı ilə məğlub olub. Həmin vaxtdan bu yana 52 qələbə və 10 heç-heçə edən Liverpul təmsilçisini hələlik məğlub edən komanda yoxdur.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada keçirdiyi 22 oyundan sonra 64 xalla turnir cədvəlinə başçılıq edən “Liverpul” klubu ən yaxın izləyicisi “Mançester Siti”ni 16 xal qabaqlayır.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …