Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İdman / “Liverpul” “Arsenal”ı böyük hesabla məğlub edib – VIDEO

“Liverpul” “Arsenal”ı böyük hesabla məğlub edib – VIDEO

“Liverpul” “Arsenal”ı böyük hesabla məğlub edib

İngiltərə Premyer Liqasında 20-ci turun oyunları keçirilib.

Turun mərkəzi qarşılaşması “Enfild” stadionunda oynanılıb. Turnir cədvəlinin lideri “Liverpul” doğma meydanda “Arsenal” komandasını qəbul edib. Görüş “Liverpul” klubunun böyük hesablı qələbəsi ilə başa çatıb (5:1).

Turun gözlənilməz hesabı isə Londondakı “Uembli” stadionunda qeydə alınıb. Meydan sahibi “Tottenhem” doğma azarkeşlər önündə “Volverhampton” klubuna məğlub olub (1:3).

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Brayton” – “Everton” – 1:0;

“Fulhem” – “Haddersfild” – 1:0;

“Lester Siti” – “Kardiff Siti” – 0:1;

“Votford” – “Nyukasl” – 0:1;

oxu.az

Həmçinin oxuyun

Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC prezidenti Deyna Uaytın onun idmana qayıtma ehtimalının olması barədə …