Ana səhifə / İdman / “Liverpul” 20 ildə ilk dəfə “Everton”a uduzdu

“Liverpul” 20 ildə ilk dəfə “Everton”a uduzdu

“Liverpul” İngiltərə çempionatının 25-ci turunun matçında “Everton”a 0:2 hesabı ilə uduzub.

“Report” xəbər verir ki, matç azarkeşlərin iştirakı olmadan “Enfild” stadionunda keçirilib.

Qarşılaşmada hesab üçüncü dəqiqədə açılıb – Rişarlison fərqlənib. Rəqibin qapısına ikinci qolu Qilfi Siqurdsson penaltidən vurub.

Qeyd edək ki, “Everton” 1999-cu ilin sentyabrından bu stadionda 14 dəfə uduzub.

Beləliklə, “Everton” “Enfild”də 22 illik məğlubiyyət seriyasını başa vurub.

Həmçinin oxuyun

Azərbaycanın daha bir şahmatçısı Çempionlar Turunda iştirak edəcək

“Bu, məndən qaynaqlanan problem deyil. İndiyədək Maqnus Karlsendən dəvət almamışam”. Bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar …