Sosial şəbəkədə biz:
“Livepul” “Arsenal”a qalib gəlib
Xəbər Şəkli

“Livepul” “Arsenal”a qalib gəlib

01 September 2025, 00:25
İdman

İngiltərə Premyer Liqasında III turun mərkəzi oyunu keçirilib.

Son çempion “Liverpul” doğma meydanda “Arsenal”ı qəbul edib. Görüş Mersisayd təmsilçisinin 1:0 qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 83-cü dəqiqədə Dominik Soboslay vurub. Hazırda Arne Slotun komandası 9 xalla turnir cədvəlinin vahid lideridir. London klubu 6 xalla üçüncü pillədə qərarlaşıb.