Ana səhifə / İdman / Lionel Messi: “Kubok qazanmasaq, karyeramı bitirəcəm”

Lionel Messi: “Kubok qazanmasaq, karyeramı bitirəcəm”

Lionel Messi Dünya çempionatından sonra milli karyerasını bitirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə argentinalı futbolçu özü məlumat verib.

“Milli komanda ilə uduzduğumuz matçlardan, finallardan sonra bir neçə dəfə ölkəmdəki insanların arzularını həyata keçirə bilmədiyim üçün ağlamışam. Rusiyada kuboku qazana bilməsək, ən yaxşısı milli karyeramı bitirmək olacaq. Arzum Rusiyada Dünya çempionu olmaqdı” deyə Messi bildirib.

Qeyd edək ki, Argentina “DÇ-2018″də Xorvatiya, İslandiya və Nigeriya ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …