Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / “Lex” – “Qarabağ” oyununa 22 mindən çox bilet satıldı

“Lex” – “Qarabağ” oyununa 22 mindən çox bilet satıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşada “Lex” ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

“Report” Poznan təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, qarşılaşma üçün 22 mindən çox bilet satılıb.

Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. “Poznan” stadionu 43 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, iyulun 5-də oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …