Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / İdman / “Lester” tarixində ilk dəfə İngiltərə Kubokunu qazandı

“Lester” tarixində ilk dəfə İngiltərə Kubokunu qazandı

“Lester” komandası tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb.

“Report”un məlumatına görə, “tülkülər” Londondakı “Uembli” stadionunda 21 000 tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda “Çelsi”yə minimal hesabla qalib gəlib – 1:0. Yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

Beləliklə, “Lester” İngiltərə Kubokunu əldə edən 44-cü komanda olub. Əvvəlki 4 finalda “tülkülər” məğlubiyyətlə üzləşiblər.

Həmçinin oxuyun

Messinin 20 min avro ödədiyi kirayə ev

PSJ-nin futbolçusu Lionel Messi yeni evinə köçüb.Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, mənzil Parisin ən …