Şənbə , Yanvar 29 2022
Ana səhifə / İdman / “Legiya“nın futbolçusu Mahir Emrelinin döyüldüyü hadisə barədə danışdı

“Legiya“nın futbolçusu Mahir Emrelinin döyüldüyü hadisə barədə danışdı

Polşanın “Legiya” klubunun futbolçusu İqor Xaratin azarkeşlərin hücumuna məruz qaldıqları hadisə barədə danışıb.

Ukraynalı yarımmüdafiəçi dekabrın 12-də Plotskda “Visla”ya 0:1 hesabı ilə uduzduqları görüşdən qayıdarkən Varşavadakı təlim-məşq bazası önündə 20-30 fanatın avtobusu saxlatdıqlarını xatırlayıb.

Xaratin həmin tərəfdarların növbə ilə avtobusda oturmağa başladıqlarını söyləyib: “Bilirdik ki, vəziyyət ağır olacaq. Amma bunu heç kim gözləmirdi”.

Həmin vaxt özünü girov kimi hiss etdiyini deyən Xaratin əlavə edib ki, belə situasiyada özünü necə aparmağı bilməyib: “Avtobusa girən ilk şəxs qışqırmağa başladı. Dərhal onunla birgə maskalı oğlanlar içəri daxil oldular. Onlar yavaş-yavaş hərəkət edərək, bağırmağa başladılar. Hansısa anda hamı dayandı. Düşündüm ki, indi xoşagəlməz hadisə olacaq. Nəticədə iki komanda yoldaşımız xəsarət aldı”.

Qeyd edək ki, azarkeşlərin hücumundan zərər çəkən futbolçuların biri Azərbaycan millisinin hücumçusu Mahir Emreli, digəri isə braziliyalı forvard Lukinyas olub. (Report)

Həmçinin oxuyun

“Marsel” – “Qarabağ” oyunu neytral ölkədə keçirilə bilər

“Qarabağ”ın Fransada “Marsel”ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə …