Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / İdman / Küsənlər barışdı, medalları niyə Gözəl verdi?

Küsənlər barışdı, medalları niyə Gözəl verdi?

Ötən gün Topaz Premyer Liqasında 2017/2018-ci il mövsümünə yekun vuruldu. “Qafqazinfo” xəbər verir ki, mövsümün son oyununda “Qəbələ” – “Qarabağ” oyunu baş tutdu.

Matç Qurban Qurbanovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Matçdan sonra isə PFL mükafatçılara medallarını təqdim etdi.

“Neftçi” bürünc, “Qəbələ” gümüş və “Qarabağ” qızıl medallarla yanaşı çempionluq kubokunu da aldı.

Mükafatlandırma zamanı isə bir çox məqamlar diqqət çəkdir.  Onlardan bir neçəsini sizə təqdim edirik:

Ramin Musayev öz  istəyi və köməyi ilə “Neftçi”yə gətirdiyi Tərlan Əhmədovla arasındakı soyuqluqdan bir neçə dəfə danışmışdı. TPL-də yaranan qış fasiləsi zamanı Antalyada tərəflər arasında baş verənlərdən sonra PFL prezidentinin Əhmədova qarşı münasibəti dəyişmişdi. Məhz mükafatlandırma zamanı da Tərlan Əhmədovun “bürüncü”nü kimin verəcəyi diqqət çəkirdi. Medalı Elxan Məmmədov, yoxsa Ramin Musayev çalışdırıcının boynundan asacaqdı. Gözlənilənlərin əksinə Musayev Əhmədovun boynundan medal asmaqdan əlavə hətta onu öpüb qucaqladı da.

Digər maraqlı an isə “Neftçi”nin Müşahidə Şurasının sədri olmuş Çingiz Abdullayevin mükafatlandırma mərasiminə qatılması idi. Bir neçə dəfə  Bakı klubundan getdiyi deyilən yazıçı öz medalını almaq üçün “Azərsun Arena”ya təşrif buyurmuşdu.

Sonda isə “Qarabağ”ın medallarını klubun sahibi və fəxri-prezidenti Abdulbari Gözəlin təqdim etməsi idi. Yəqin ki, dünyada nadir belə hadisələrə rast gəlmək olar. Klubun sahibi medal alanlar sırasında olmaq əvəzinə, medal verənlər sırasında idi.

Həmçinin oxuyun

Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə “Koroşka” açıq beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da …