Ana səhifə / İdman / “Kukesi”nin prezidenti: “Qarabağ”ı keçin, istədiyiniz mükafatı alın!

“Kukesi”nin prezidenti: “Qarabağ”ı keçin, istədiyiniz mükafatı alın!

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Kukesi”nin prezidenti Safet Qiçi Malta”Valletta” ilə oyunlardan əvvəl futbolçulara vəd etdiyi 100 min avroluq mükafatı verib.
Qol.az xəbər verir ki, Ağdam klubu ilə matçdan (0:0) sonra komandanın çıxışından razı qalan prezident vədinə əməl edib. “Qarabağ”la avqustun 1-də keçiriləcək cavab görüşü öncəsi Qiçinin bu addımı komandada əhval-ruhiyyəni yüksəldib. Hətta o, futbolçulara yeni mükafat söz verib. Əgər “Kukesi” “Qarabağ”ı keçsə, oyunçular boş kağıza istədikləri məbləği yazacaqlar. Bu məbləğin isə əvvəlkindən çox olacağı gözlənilir. Çünki albanlar “Qarabağ”ı “Valletta”dan daha ciddi rəqib hesab edirlər.
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” oyunu avqustun 1-də Bakıda keçiriləcək. Matçın başlama saatı 21:00-dır.

Həmçinin oxuyun

UEFA “Arsenal”a xəbərdarlıq etdi – “Əgər Bakıda aksiya keçirsələr…”

Avropa Futbol İttifaqı (UEFA) “Arsenal”a xəbərdarlıq edib ki, əgər tərəfdarları Bakıda Avropa Liqasının finalında UEFA-ya …