Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İdman / Koronavirus səbəbilə ölənlərin sayı artdı, kubok oyunu təxirə salındı

Koronavirus səbəbilə ölənlərin sayı artdı, kubok oyunu təxirə salındı

Bu gün İtaliya kubokunun yarımfinalında “Yuventus”la “Milan” arasında keşçirilməli olan qarşılaşma təxirə salınıb.

“Football Italia” xəbər verir ki, cavab qarşılaşmasının təxirə salınmasına səbəb ölkədə yayılan koronavirus epidemiyasıdır. Bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

Hələlik oyunun keçirilmə tarixi bəlli deyil. Bu komandalar arasında Milanda keçirilən ilk görüş 1-1 hesablı bərabərliklə bitib.

Qeyd edək ki, İtaliyada koronavirus səbəbindən ölənlərin sayı 79-a çatıb. Yoluxma halları 12 gün əvvəl İtaliyanın şimalında qeydə alınıb. Hazırda yoluxma halı ölkənin 20 bölgəsindən yalnız birində aşkar edilməyib. Bu səbəbdən A seriyasındakı bəzi oyunlar təxirə salınıb, bəziləri isə azarkeşsiz keçirilib. Yenisabah.az

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …