Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Konfrans Liqası: “Qarabağ” ilk oyunda qalib gəldi

Konfrans Liqası: “Qarabağ” ilk oyunda qalib gəldi

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.
Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.
Oyunun ilk hissəsi qolsuz başa çatıb.
İkinci hissədə hücumlarının kəsərini artıra “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.
Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib.
Buna baxmayaraq, Ağdam klubu hesabı açmağı bacarıb.
Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.
Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.
ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.
Konfrans Liqası1/16 final (İlk oyunu)16 fevral
Qarabağ – Gent 1:0Qol: 
Leandro Andrade, 78.İstifadə olunmayan penalti: Ramil Şeydayev, 51.Qarabağ: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica.Baş məşqçi: Qurban Qurbanov.Gent: 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo.Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryü Hülsager, 19.Malik Fofana, 22.Süleyman Marre, 25.Nurio Fortuna, 29.Loran Depuatr.Baş məşqçi: Heyn Vanhazebruk.Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Robin Vilde, Boyan Pandziç (hamısı İsveç).Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …