Sosial şəbəkədə biz:
KİV: FIFA Tramp üçün protokol qaydalarını pozacaq
Xəbər Şəkli

KİV: FIFA Tramp üçün protokol qaydalarını pozacaq

16 June 2026, 08:21
İdman

FIFA ABŞ Prezidenti Donald Tramp üçün istisna edəcək və ona dünya çempionatının qalibi olan komandaya kuboku şəxsən təqdim etməyə icazə verəcək.

Bu barədə "talkSPORT" məlumat yayıb.

Mənbələrin məlumatına görə, FIFA mundialın başa çatmasını futbolçularla birlikdə bayram etmək, yoxsa digər rəsmi şəxslərlə birlikdə kənarda qalmaq qərarını Trampın öz ixtiyarına buraxacaq.

FIFA-nın protokoluna əsasən, ənənəvi olaraq kubok postamentin üzərinə qoyulur, daha sonra çempion komandanın üzvlərindən biri onu götürərək qələbəni qeyd etmək üçün podiumdakı digər komanda yoldaşlarının yanına aparır. Mərasimdə birinciliyin digər təşkilatçıları olan Meksika və Kanadanın da rəsmi nümayəndələri iştirak etməlidir.