Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / İdman / Kişi olduğu deyilən qapıçıdan açıqlama – VİDEO

Kişi olduğu deyilən qapıçıdan açıqlama – VİDEO

Kişi olduğu iddia edilən futbol üzrə qadınlardan ibarət İran milli komandasının qapıçısı Zöhrə Xudai açıqlama verib.

Penaltilərdə yaxşı oyunu ilə seçilən iranlı qapıçı İordaniya Futbol Federasiyasını məhkəməyə verəcəyini deyib.

“Mən qadınam, bu edilənlər zorakılıqdır”, – deyə iranlı idmançı bildirib.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Z.Xudai qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündə komandasına qələbə qazandırıb.

Bundan sonra penaltilərdə rəqibinə uduzan iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …