Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Kipr çempionatı: Araz ötürmə verdi, komandası qalib gəldi

Kipr çempionatı: Araz ötürmə verdi, komandası qalib gəldi

Kipr çempionatında 13-cü turun oyunları keçirilib.

Millimizin yarımmüdafiəçi Araz Abdullayevin çıxış etdiyi “Etnikos” səfərdə “Paeek”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib. Abdullayev komandasının ilk qolunun ötürməsini edib.

“Etnikos” 13 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. 

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …