Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulacaq.
Son oyun günündə daha iki görüş baş tutacaq.
Günün ilk start fiti Zirədə səslənəcək. Qəsəbənin eyni adlı komandası doğma meydanda “Keşlə”ni qəbul edəcək.
Digər qarşılaşma da Bakıda keçiriləcək. “Neftçi” azarkeşləri önündə turnir cədvəlinin ən son pilləsində qərarlaşan “Qəbələ” ilə üz-üzə gələcək.
Qeyd edək ki, cari turda bundan “Sumqayıt” – “Qarabağ” (2:1) və “Səbail” – “Sabah” (1:3) matçları baş tutub.
Premyer Liqa, 12-ci tur
24 noyabr (bazar)
15:00. “Zirə” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Zirə İdman Komleksinin stadionu
17:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Bakcell Arena”