Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Keşlə” iştirak ərizəsini UEFA-ya təqdim etdi

“Keşlə” iştirak ərizəsini UEFA-ya təqdim etdi

Bakının “Keşlə” futbol klubu Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Laçi” komandası ilə keçirəcəyi oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Azinforum.az kluba istinadən xəbər verir ki, heyətdə qapıçılar – Stanislav Namaşko, Kamal Bayramov, Əkbər Vəliyev, müdafiəçilər – Tural Axundov, Şəhriyar Əliyev, Ruslan Əmircanov, Miyusko Bojoviç, Tərlan Quliyev, Azər Salahlı, İlkin Qırtımov, Artur Batista de Souza, yarımmüdafiəçilər – Rəhman Hacıyev, Cavid İmamverdiyev, Vüsal İsgəndərli, Con Kamara, Dmitro Klyots, Rafael Məhərrəmli, Şahruh Qadoyev, Turan Vəlizadə, Seymur Əsədov, hücumçular – Aleksandr Kristovao və Silvio Junior yer alıblar.

Qeyd edək ki, avqustun 27-də ASK Arena” stadionunda keçiriləcək “Keşlə”-“Laçi” oyunu saat 21:00-da başlayacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …