Bazar ertəsi , May 20 2019
Ana səhifə / İdman / “Keşlə” klubunun baş məşqçisi istefa verib

“Keşlə” klubunun baş məşqçisi istefa verib

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Keşlə” komandasının baş məşqçisi Yuri Maksimov postundan istefa verib.

Klubun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ukraynalı mütəxəssis öz istəyi ilə postunu tərk edib.

Qeyd edək ki, “Keşlə” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada “Baltsan”a 1:4 hesabı ilə uduzub. Bu komandalar arasında cavab matçı iyulun 19-da Bakıda keçiriləcək. Bu ilin yanvar ayında “Keşlə”yə rəhbərlik edən Maksimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Bir müddət əvvəl onun müqaviləsi bir illik uzadılmışdı.

Həmçinin oxuyun

Bakıdakı azarkeşlər London derbisinə belə hazırlaşır – Fotolar+Video

Bakıda keçiriləcək Avropa Liqası finalında iki nəhəng klubun üz-üzə gəlməsi azərbaycanlı fanatları da canlandırıb.  “Qafqazinfo” …