Cümə axşamı , May 13 2021
Ana səhifə / İdman / Karpin: “Rusiya çempionatının səviyyəsi Azərbaycandakından zəif deyil”

Karpin: “Rusiya çempionatının səviyyəsi Azərbaycandakından zəif deyil”

“Kimsə rəqibdən daha güclü olduğumuzu düşünürdüsə, yanılır. Bu komanda bizdən zəif deyil. Reytinqləri unudun”.

“Report”un məlumatına görə, bunu Rusiyanın “Rostov” klubunun baş məşqçisi Valeri Karpin Avropa Liqasının III təsnifat mərhələsində İsrail “Makkabi”sinə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

51 yaşlı mütəxəssis bildirib ki, reytinqlər xalq üçündür: “Müəyyən məqamlarda və günlərdə onlar güclü olurlar. Səbəblərdən danışmaq mənlik deyil. Bu barədə hamı danışır. Təəssüf ki, bizim çempionatın səviyyəsi belədir. Qlobal danışsaq, heç bir bəhanə axtarmadan, demək olar ki, reallıq budur. Yəqin ki, Rusiya çempionatı Gürcüstan və Azərbaycandakından zəif deyil. Amma İsraili qabaqladığımızı deyə bilmərəm”.

Həmçinin oxuyun

Azərbaycan Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq – ilk dəfə

Lisenziya uğrunda keçirilən kişi badmintonçuların şəxsi yarışında milli komandamızın lideri Edi Reski Dviçayo qalib gələrək …