Bazar , Yanvar 24 2021
Ana səhifə / İdman / Karateçimizə əri tərəfindən sürpriz – FOTO

Karateçimizə əri tərəfindən sürpriz – FOTO

Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa yarışında karateçimiz İrina Zaretskaya finala çıxıb.

Ukraynalı legionerimiz norveçli, serbiyalı, çinli və yaponiyalı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Onun sabah finaldakı rəqibi misirli Feryal Abdeləziz olacaq.

Yeri gəlmişkən, onun əri Aleksandr İrinaya sürpriz edib. Zaretskaya Yaponiya telekanallarından birinə müsahibə verdiyi vaxt əri peyda olub. Bu, İrinanın kövrəlməsinə səbəb olub.

Qeyd edək ki, sabah karateçilərimizdən Rafiz Həsənov da bürünc medal yarışına çıxacaq.

oxu.az

Həmçinin oxuyun

Yunis Hüseynov vəzifəsindən istefa verib

“Keşlə” komandasının baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini rəhbərliyə təqdim edib. Keçirilən görüşdən …