Çərşənbə , May 25 2022
Ana səhifə / İdman / Karateçilərimiz Xorvatiyadan 12 medalla qayıdır

Karateçilərimiz Xorvatiyadan 12 medalla qayıdır

Azərbaycan karateçiləri Xorvatiyanın Samobor şəhərində 30-cu Qran Pri turnirini 12 medalla başa vurub.
Milli Karate Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, yarışın son günündə 2008-ci, 2009-cu və 2010-cu il təvəllüdlü qızların mübarizəsində 49 kq çəki dərəcəsində çıxış edən Veronika Qaşnikova ikinci qızıl medalını qazanıb. Ramilə Heydərova isə 14-15 yaşlı yeniyetmələrin kata çıxışlarında bürünc mükafata sahib olub.

Qeyd edək ki, Qaşnikova 47 kq-da 14-15 yaşlı yeniyetmələr arasında, Hüseyn Məmmədli (67 kq), Fərid Ağayev (75 kq) və Dadaş Abbasov (84 kq) isə 21 yaşadək gənclər arasında yarışın qalibi olub. Həmin yaş qrupunda Nuran Rzazadə (67 kq) ikinci yeri, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq) və Ayla Rzazadə (61 kq), eləcə də 16-17 yaşlı gənclərin yarışında Fərid Savadov və Amin Yadigarlı (hər ikisi 55 kq) üçüncü pilləni tutub.

Beləliklə milli komanda nüfuzlu turnirdən 5 qızıl, 1 gümüş və 6 bürünc medalla dönür. Onları 16-17 və 18-21 yaşlı gənclərdən ibarət yığmanın baş məşçqisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınlardan ibarət millinin baş məşqçisi Denis Morozov müşayiət edib.

Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov mötəbər yarışın referiləri arasında olub. Qran Pri turnirində 33 ölkədən 1 769 idmançı iştirak edib.

Həmçinin oxuyun

Azərbaycanlı boksçu İrəvanda erməni rəqibinə qalib gəlib

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə …