Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İdman / “Kəpəz”in baş məşqçisi: “Yeni Yunis Hüseynov gəlməyəcək”

“Kəpəz”in baş məşqçisi: “Yeni Yunis Hüseynov gəlməyəcək”

“Report”un Gəncəbasar bürosunun məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Gəncədə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb…

– Dieqo Souzanı sonradan meydana buraxdınız, lakin tezliklə əvəzlədiniz. Bu, nə ilə əlaqədar idi?

– Onu meydana buraxdım ki, mərkəzdə top saxlasın. Fikirləşdim ki, təcrübəsi ilə komandaya kömək edəcək. Lakin ümidlərimi doğrultmadı. Buna görə, tez əvəzlədim.

– Düşünmürsünüz ki, bu, futbolçuya təsir edə bilər?

– Ola bilər. Lakin futbolçu meydançada ona olan etimadı doğrultmadır.

– Hər iki komandanın məşqçilər korpusunda Azərbaycanın vaxtilə güclü futbolçuları olmuş mütəxəssislər qərarlaşıb. Bu oyunçular komandasını arxasınca apara bilən futbolçular idi. Lakin bu gün ölkə futbolunda bu cür oyunçular yoxdur. Sizcə, bunun səbəbi nədir?

– İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də, Vidadi Rzayev və digərləri. İndinin futbolu ilə ovaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərlərində işləməlidirlər. Çalışsalar, onlar da bu cür futbolçu ola bilərlər.

“Qarabağ”ı təbrik edirəm. Mübarizə apardıq. Rəqib güclü, top saxlayan komandadır. Düzdür, bunlar şablon sözlərdir. Ancaq reallıqdır. Xal qazanmaq istəyirdik. Komandamdan razı qaldım. İmkanlarımız oldu, lakin istifadə edə bilmədik. Qarşıdakı oyunlara köklənəcəyik”.

Həmçinin oxuyun

Əfsanəvi Dieqo Maradona vəfat etdi

Argentinalı futbol əfsanəsi Dieqo Maradona vəfat edib. Azinforum.az xarici KİV-ə istinadən xəbər verir ki, veteran hücumçu …