Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İdman / “Kəpəz”də insident – Futbolçu baş məşqçini döydü

“Kəpəz”də insident – Futbolçu baş məşqçini döydü

Azərbaycan futbolunda daha bir şok olay yaşanıb. Gəncənin “Kəpəz” komandasının baş məşqçisi Etibar İbrahimov döyülüb.

Azinforum.az-ın məlumatına görə, Gəncədəki mənbələrdən sport7.az-a daxil olan məlumatda bildirilir ki, gənc çalışdırıcını “Kəpəz”in müdafiəçisi Şöhrət Quliyev vurub. Buna səbəb isə məşq zamanı çalışdırıcının Quliyevi ağır ifadələrlə təhqir etməsi olub. Məşqçinin söyüşlərindən sonra yumruqlar işə düşüb və İbrahimov Şöhrət Quliyev tərəfindən döyülüb.

Xəsarət alan çalışdırıcı xəstəxanaya müraciət etməyib. Hazırda söz-söhbətin böyüməməsi üçün müdafiəçi ilə baş məşqçinin münasibətlərinin qaydaya salınması üçün işlər aparılır.

Məlumat axşam saatlarında daxil olduğu üçün sayt “Kəpəz”in mətbuat xidmətindən məsələ ilə bağlı münasibət öyrənə bilməyib.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …