Bazar , Yanvar 17 2021
Ana səhifə / İdman / İtaliyalı futbolçunun atası: “Azərbaycandan təklif gəlsə, şad olarıq”

İtaliyalı futbolçunun atası: “Azərbaycandan təklif gəlsə, şad olarıq”

“Neftçi”nin U-14 komandasının italiyalı futbolçusu Lorenzo Mezzotero ailəsi ilə birlikdə Azərbaycanı tərk edib.


Bu barədə “Report”a 14 yaşlı hücumçunun atası Sercio Mezzotero məlumat verib.


Bunadək Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) çalışmış mütəxəssis bildirib ki, müqaviləsi başa çatdığı üçün ölkəsinə qayıdıb.


S.Mezzoteronun sözlərinə görə, oğlu üçün İtaliyanın 4-5 peşəkar klubu ilə danışıq aparırlar: “Hazırda həmin təklifləri dəyərləndiririk. İki həftə ərzində Lorenzonun yeni komandasının adını açıqlayacağıq. A, B və C seriyasında çıxış edən klublardır. Amma indi ad çəkə bilmərəm. Oğlum məhz onlardan birinin akademiyasında çıxış edəcək”.


Lorenzonun Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında mümkün çıxışı barədə də danışan atası belə bir təklif almadıqlarını söyləyib: “Əlbəttə, onu yığmaya dəvət etsələr, şad olarıq. Amma Lorenzonun Azərbaycan millisində oynaması üçün hansı tələblərin olduğunu bilmirəm. Onun Azərbaycan pasportu yoxdur. Qaydalardan məlumatsızam. Mümkün olsa, gələ bilərik”.


Qeyd edək ki, Lorenzo Mezzotero “Neftçi” Futbol Akademiyasının yetirməsidir.

Həmçinin oxuyun

Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları …