Şənbə , Dekabr 9 2023
Ana səhifə / İdman / İtaliya-İngiltərə matçına görə 86 nəfər həbs edildi

İtaliya-İngiltərə matçına görə 86 nəfər həbs edildi

London polisi AVRO-2020-nin İtaliya – İngiltərə finalı ilə əlaqədar qayda pozuntuları səbəbindən 86 nəfəri həbs edib.

Belə ki, 53 həbs birbaşa “Uembli” stadionunda həyata keçirilib.

İnsanlar ictimai asayişin pozuntusu, digər insanlara hücum və içkili vəziyyətdə olma ittihamları ilə tutulublar. İngiltərəlilərin italiyalı fanatlara hücumları da qeydə alınıb.

Daha əvvəl məlum olub ki, biletsiz azarkeşlərin bir hissəsi stadiona çaxnaşma nəticəsində daxil ola bilib. Habelə, 19 polisin matçda və stadion ətrafında xidmət vaxtı xəsarət aldıqları vurğulanıb. Onlardan birinin qolu sındırılıb, digərinin dişləri qırılıb.

Qeyd edək ki, “Uembli” stadionunda təşkil olunmuş final matçında İtaliya İngiltərəni penaltilərlə 3:2 (əsas vaxt – 1:1, əlavə vaxt – 0:0) hesabı ilə yenib.

Həmçinin oxuyun

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib. Bu barədə Boks Federasiyası məlumat yayıb. Məlumata görə, 41 …