Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / İdman / İtaliya Avropa çempionu oldu

İtaliya Avropa çempionu oldu

İyunun 11-dən iyulun 11-dək Avropanın 11 ölkəsində keçirilən AVRO-2020-yə yekun vurulub.

31 gün davam edən sayca 16-cı Avropa çempionatının həlledici qarşılaşması Londondakı “Uembli” stadionunda baş tutub.

arixində ilk dəfə qitə çempionatının final oyununda qüvvəsini sınayan İngiltərə yığması doğma arenada İtaliyanı qəbul edib.

Görüş erkən qolla başlayıb. Artıq 2-ci dəqiqədə Lük Şou həm finalda, həm də özünün millidəki qol hesabını açıb.

Buraxılan qoldan sonra təşəbbüsə ələ alan İtaliya yığması böyük üstünlüyə yiyələnib. Lakin apenninlilərin aramsız hücumları yalnız ikinci hissənin ortalarında bəhrəsini verib.

Qarşılaşmada ikinci qolu da müdafiəçi vurub. Leonardo Bonuççi hesabda tarazlıq yaradıb.

Bu, görüşdəki son qol olub. Əlavə vaxtında tarazlığın pozulmadığı finalın və AVRO-2020-nin qalibini penaltilər seriyası müəyyənləşdirib.

Oyunsonrası “lotereya”da daha dəqiq olan italyanlar Avropa çempionu tituluna sahib çıxıb. Bu, 1968-ci ildə də qızıl medala yiyələnən İtaliya yığmasının ikinci qitə çempionluğudur.

Qeyd edək ki, növbəti Avropa çempionatı 2024-cü ildə Almaniyada keçiriləcək.

AVRO-2020

Final

23:00. İtaliya – İngiltərə – 1:1, pen. 3:2

Qollar: Lük Şou, 2 – Leonardo Bonuççi, 67

Baş hakim: Byörn Kuypers (Niderland)

London. “Uembli” stadionu

Həmçinin oxuyun

Dünya çempionatı: Azərbaycanın daha bir boksçusu növbəti mərhələyə yüksəldi

Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında ilk görüşünü keçirib. Belə ki, 60 …