Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İdman / İspanların böyük diqqətində olan Şamo Eyvazov rinqə çıxır

İspanların böyük diqqətində olan Şamo Eyvazov rinqə çıxır

İspaniyada yaşayan tanınmış azərbaycanlı idmançı Şamo Eyvazov döyüşə çıxacaq.

Bu barədə məlumatı Cebhe.info-ya diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O, bildirib ki, 26 yaşlı Şamo Eyvazov may ayının 4-də İspaniyanın Bilbao şəhərində keçiriləcək “Miks Fayt”, “Super Fayt / K1”, “Rules /3×3/” idman növləri üzrə 67 kiloqram çəki dərəcəsində döyüşəcək: “Şamo bütün döyüşlərinə Azərbaycan bayrağı ilə çıxır. O, Vətəninə bağlı insandır. İspaniyada yaşayan soydaşlarımızın idmançımızı tək buraxmayacağına inanırıq. İspaniyada Şamoya böyük maraq var. Onu döyüşləri yerli mətbuatda geniş işıqlandırılır”. 

Qeyd edək ki, Şamo Eyvazov 1992-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə İspaniyada yaşayır. 2018-ci ildə İspaniyada 70 kq çəki dərəcəsində “MMA” ( Qarışıq Döyüş Sənətləri ) üzrə İspaniya çempionu olub. Şamo bu günə qədər 64 döyüş keçirib. Onun 51-i qələbə ilə başa çatıb.

Həmçinin oxuyun

“Qarabağ”ın dünyanın ən məhsuldar 10 klubu siyahısına düşməsinə 2 qolu çatmayıb

Dünyanın ən məhsuldar klublarının siyahısı açıqlanıb. Cari mövsüm öz ölkəsinin yüksək liqasında orta məhsuldarlığı ilə …